Trampın ŞOK SƏS YAZISI: “Çin və Rusiyanın heç vaxt görmədiyi silahlarımız var”

16:15 27 Oktyabr 2022

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “nüvə silahı” deyərkən işlətdiyi ifadəni “silah sistemləri” ilə dəyişməsi də diqqət çəkib


ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post”un redaktor müavini Bob Vudvord ölkənin keçmiş lideri Donald Trampla müsahibələrini audiokitab kimi dərc edib.
Çərşənbə axşamı CNN İnternational-da yayımlanan 5 dekabr 2019-cu il tarixli müsahibə yazısında Tramp əvvəllər heç vaxt görülməmiş silahlar hazırladığını iddia edir.

 Yazıda Tramp bu ifadələrdən istifadə edir:
"Mən bu ölkədə əvvəllər heç kimdə olmayan silah sistemləri hazırlamışam. Daha əvvəl görmədiyiniz və eşitmədiyiniz silahlarımız var. Çin prezidenti Si Cinpinin və Rusiya prezidenti Vladimir Putinin eşitmədiyi şeylər var".

Trampın müsahibədə “nüvə silahları” deyərkən, dayanaraq ifadəsini “silah sistemləri” ilə dəyişməsi də diqqət çəkib.

Sözügedən silahların xüsusiyyətləri ilə bağlı heç bir məlumat paylaşılmayıb. Digər tərəfdən Vudvord açıqlama yayıb ki, ABŞ rəsmiləri ilə danışıb və onlar Trampın açıqlamalarının doğru olduğunu və ölkədə gizli silahın hazırlandığını təsdiqləyiblər. 79 yaşlı jurnalist silahların keyfiyyəti barədə də açıqlama verməyib.

Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristensen bildirib ki, Tramp W76-2 kimi tanınan aşağı güclü nüvə başlığına istinad etmiş ola bilər.

Fransa xəbər agentliyinə danışan Kristensen, ABŞ Milli Nüvə Təhlükəsizliyi Agentliyinin Trampın müsahibəsindən sonra 2019-cu ilin yanvarında W76-2 istehsalına başladıqlarını açıqlamasına da diqqət çəkib.

Nüvə fiziki Cheryl Rofer, Trampın bəhs etdiyi silahın Pentaqonun keçən il çıxan W93 nüvə silahı ola biləcəyini söylədi.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti