Qış parkına yolu düşən vətəndaşlar və şəhərimizin qonaqları burada çətinliklə üzləşirlər. Xüsusən uşaqlı analar, yaşlı insanlar, əlil arabasında olanlar üçün vəziyyət ürəkaçan olmur.
Belə ki, "Qış parkı"na çıxışı olan eskolatorlar işləmir. Ümumiyyətlə, Füzuli küçəsi boyunca yeraltı keçidlərdə, eləcə də Heydər Əliyev parkındakı keçidlərdə eskalatorlar pilləkən kimi istifadə olunur.
Milyonlarla vəsait hesabına Bakı sakinləri üçün salınan və şəhərə xüsusi gözəllik qatan bu parkda istirahət vətəndaşlara baha başa gəlir.
Vətəndaşlar uzun pilləkənləri çıxmağa məcbur olurlar. Ahıl yaşlı insanların isə bu parka gəlib təmiz nəfəs alması isə müşkül məsələdir. Uzun pilləkənləri çıxana kimi təngənəfəs olurlar.
Qeyd edək ki, burada söhbət texniki nasazlıqdan getmir. Çünki belə olsaydı, bu böyda ərazidə bütün eskalatorlar eyni vaxtda sıradan çıxmaz, ən azı pilləkənlərdən biri işləyərdi. Lakin Heydər Əliyev sarayı və Akademik Milli Dram Teatrı istiqamətində parka çıxışı olan eskalatorlardan heç biri işləmir. Füzuli küçəsi və Dilarə Əliyeva küçəsindən parka çıxışı olan eskalatorlar da həmçinin.
Parkada vətəndaşlarla həmsöhbət olduq. Bildirdilər ki, bu eskalatorların normal işlədiyi gün olmayıb: "Biz Dilarə Əliyeva küçəsində yaşayırıq. Yaşlı anamı parka gətirə bilmirəm. Əlil arabasında olduğu üçün gələ bilmir. Keçidlərə qoyulan panduslar belə işləmir, nəinki eskalator. Bu gözəllikdə park salınıb, adi bir çatışmazlıqla edilən işlərə kölgə salırlar. Elektrik enerjisinə ayrılan vəsaiti ciblərinə qoyular yəqin ki. Biz cəhənnəm, xaricilər adam nə deyər..."
Səid,
Fotolar müəllifindir