Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib.
Sitat.info xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
O bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102200 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.