Putin:“Ərdoğan güclü liderdir”

20:17 27 Oktyabr 2022

“Ərdoğan güclü liderdir və öz ölkəsinin maraqlarından çıxış edir”.

Sitat.info xəbər verir ki, bunu “Valday” diskussiya klubunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

“Ərdoğan heç vaxt imkan verməz ki, kimsə boynuna oturub onu özgə maraqlarını rəhbər tutmağa məcbur etsin”, - deyə dövlət başçısı bildirib.

Həmçinin, Putin Ərdoğanı çətin, lakin ardıcıl və etibarlı tərəfdaş adlandırıb.

Mənbə: TASS



Xəbər xətti