Bu şəxslər 3 ildən 6 ilədək həbs oluna bilər

17:57 28 Oktyabr 2022

Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb etməyə görə cəza təsdiqlənir.

Sitat.info xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə cəzalar sərtləşdirilir.

Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.



Xəbər xətti