Xətaidə 2 yeniyetməni avtomobil vurub

02:48 29 Oktyabr 2022

Bakının Xətai rayonunda 12 və 14 yaşlı yeniyetmələri avtomobil vurub.

Sitat.info-nun məlumatına görə, 2008-ci il təvəllüdlü Şəkərov Ayxan Elşən oğlu və 2010-cu il təvəllüdlü Novruzov Tunar Elvin oğlu yolu keçərkən avtomobil onları vurub.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti