Rus kanalından Bakıya qarşı daha bir təxribat - Video

10:07 29 Oktyabr 2022

Rusiyanın “Rossiya 24” dövlət telekanalı Azərbaycan əleyhinə süjet nümayiş olunub.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, onun müəllifi, jurnalist Natalya Solovyova Qərbin Vaşinqtonun simasında öz “Qarabağ Azərbaycandır” şərtləri ilə sülh təklif etdiyini bildirir və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənir.

Bundan başqa, süjetdə Ermənistanın baş naziri Nikol Paşinyan prezident adlanır, onlar Qarabağdakı separatçı rejimin “keçmiş rəhbəri”ndən sitat gətirirlər, həmçinin ermənipərəst ekspertlərin çıxışlarını göstərirlər.

Xatırladaq ki, son vaxtlar Rusiyanın dövlət kanallarında bir neçə anti-Azərbaycan, təxribat xarakterli süjetlər və reportajlar nümayiş etdirilib.



Xəbər xətti