Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli 27 nömrəli, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2009-cu il 17 avqust tarixli 443 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 696 nömrəli və “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2020-ci il 27 iyul tarixli 2178 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sitat.info sərəncamın mətnini təqdim edir:
1. “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 noyabr tarixli 27 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 986; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521; 2018, № 3, maddə 462) 2-ci hissəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli 443 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 651; 2010, № 9, maddə 793) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı” hissəsinin 2.2.2-ci, 2.2.3-cü yarımbəndləri və 5.2-ci bəndi ləğv edilsin.
3. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 409; 2014, № 9, maddə 1027; 2016, № 2 (II kitab), maddə 341; 2017, № 8, maddə 1521, № 10, maddə 1847; 2018, № 3, maddə 463; 2020, № 5, maddə 601; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 avqust tarixli 3412 nömrəli Sərəncamı) 2-ci, 3-cü, 7-ci hissələri və 4.2-ci bəndi ləğv edilsin.
4. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 696 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2352; 2020, № 9, maddə 1185) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci hissədə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin;
4.2. həmin Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın “8. “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsi üzrə:
4.2.1. 2.1–2.4-cü, 3.2-ci bəndlərin və 7.2.1-ci, 7.2.2-ci yarımbəndlərin “İcraçı orqanlar” sütununda “Azərkosmos” ASC” sözləri “Azərkosmos” sözü ilə əvəz edilsin;
4.2.2. “Akronimlər” hissəsinə “CİS – Coğrafi İnformasiya Sistemləri” sözlərindən sonra aşağıdakı məzmunda akronim əlavə edilsin:
“Azərkosmos – Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)”.
5. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 942, № 12 (II kitab), maddə 1520; 2021, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 5-ci hissədə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin;
5.2. həmin Sərəncamla təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nın 8.1–8.3-cü bəndlərinin “İcraçılar” sütununda “Azərkosmos” ASC” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında” 2018-ci il 26 sentyabr tarixli 282 nömrəli və “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 282 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1845) 2-ci hissəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin.
2. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248, № 12 (I kitab), maddə 1472; 2021, № 2, maddə 120, № 5 maddə 452; 2022, № 5 maddə 463) 12-ci hissəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” sözləri ilə əvəz edilsin.