Gəncə və Marneuli şəhərlərinin qardaşlaşması təklif olunub

14:20 24 Fevral 2022

Azərbaycanın ikinci böyük şəhəri Gəncə və Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərlərinin qardaşlaşması təklif olunub.

SİTAT.İNFO Report-a istinadən  xəbər verir ki, bu təkliflə Azərbaycanın qonşu ölkədəki səfiri Faiq Quliyev Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili ilə görüşdə çıxış edib.

Səfir xatırladıb ki, Rustavi və Sumqayıt şəhərləri qardaş şəhərlərdir və ötən il Tbilisi və Bakı şəhərləri də qardaşlaşıb.

F.Quliyevin sözlərinə görə, Gəncə və Marneulinin qardaşlaşması Azərbaycanın Gürcüstanla regionlararası əməkdaşlığının güclənməsinə təkan verməklə yanaşı, şəhərlər arasında möhkəm mədəni-humanitar və ticari-iqtisasi əlaqələrin qurulmasına imkan yarada bilər.

Qeyd edək ki, Marneuli şəhəri eyniadlı bələdiyyənin inzibati mərkəzidir. 2014-cü ildə Gürcüstanda aparılmış son siyahıyalmaya görə şəhərdə 20 211 nəfər əhali yaşayır.



Xəbər xətti