Rusiyanın Novosibirsk vilayətində sürücü azyaşlı uşağı vuraraq hadisə yerindən uzaqlaşıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial mediada paylaşılıb.
Görüntülərdən sürücünün azyaşlını avtomobillə vuraraq üzərindən keçdiyini görmək mümkündür. Sürücü bunun ardınca avtomobildən düşərək uşağın yanına getsə də, daha sonradan onu köməksiz qoyaraq hadisə yerini tərk edib.
İlkin məlumata görə, azyaşlı uşağı vuran şəxs 67 yaşlı rusiyalı deputat Sergey Mamontovdur.
Boqdan adlı 6 yaşlı uşağın isə hazırda ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.
Əsəbi zəif olanların videoya baxması məsləhət görülmür.