Hindistanın Gujarat bölgəsinin Morby şəhərindəki Maççu çayı üzərindəki körpünün çökməsi nəticəsində 141 nəfərin ölümünə səbəb olan qəzanın yeni görüntüləri ortaya çıxdı.
Hindistanın Gujarat ştatının Morby şəhərindəki Maççu çayı üzərindəki asma körpü dünən yerli vaxtla saat 18:30 radələrində çökdü. Üzərində təxminən 400 nəfərin olduğu təxmin edilən körpünün çökməsi nəticəsində ölənlərin sayının 141-ə yüksəlib.
Rəsmilərin açıqlamalarında deyilir ki, hazırda 177 nəfər xilas edilib və axtarış-xilasetmə işləri davam edir.
Hadisədən sonra müşahidə kameralarının qeydə aldığı görüntülər ortaya çıxıb. Kadrlarda insanların kömək üçün qışqıraraq çökən körpüdən yapışdığı və bəzilərinin suya düşdüyü görünür.
Uzunluğu təxminən 230 metr olan körpü 19-cu əsrə aiddir. XVI əsrdə ingilis müstəmləkəçiliyi dövründə inşa edilib və 26 aylıq təmirdən sonra 6 oktyabrda yenidən açılmışdı.
Səid İsaoğlu,
SİTAT.İNFO