Ərdoğan Putinin taxıl sazişini dayandırmasına reaksiya verdi

14:11 31 Oktyabr 2022

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Rusiyanın taxıl sazişini dayandırmasına reaksiya  verib. 

Sitat.info xəbər verir ki, Ərdoğan Rusiyanın taxıl dəhlizi sazişini dayandırması haqda bunları deyib: "Biz yenə  də bəşəriyyətə xidmət etməyə sadiq qalacağıq. Dünya buğda istehsalının üçdəbiri Ukrayna və Rusiya tərəfindən ixrac olur. İstanbulda qurduğumuz mexanizm sayəsində dünyaya 9 milyon ton taxıl çatdırdıq. Biz bəşəriyyətə xidmət etməyə çalışacağıq".

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən "ərzaq böhranı" riskini aradan qaldırmaq məqsədi ilə yaradılan "taxıl dəhlizi" ilə 408 gəmi  ilə  9,2 milyon ton taxıl daşınıb.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti