Ukrayna prezidenti Vlodimir Zelenski ukraynalıları müqavimət göstərməyə çağırıb.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, vətəndaşları qanvermə aksiyasına çağıran ölkə prezidenti şimal və cənubdan hücuma məruz qaldıqlarını bildirib.
"Silah paylayırıq, hər vətəndaşa silah veriləcək. Hərbi təcrübəsi olan hər kəs gedib polis bölmələrinə müraciət etsin, qeydiyyata düşsün. Ehtiyyatda olan hərbçilərə çağırış edirik, lazım olanı edin", - Zelenski qeyd edib.