Gələn ilin "Büdcə zərfi”ndə Azərbaycanda əmək pensiyalarının ödənilməsi üçün 5 907,2 milyon manat vəsait nəzərdə tutulub.
Sitat.info xəbər verir ki, bu barədə Hesablama Palatasının “Büdcə zərfi"nə verdiyi rəydə bildirilir.
Bununla belə, sənəddə deyilir ki, icmal büdcənin iqtisadi təsnifatında pensiya ödənişləri üçün ümumiyyətlə xərc nəzərdə tutulmayıb.