"Ölkənin bəzi mətbuat orqanları Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədlinin DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunması ilə bağlı heç bir əsası olmayan, qərəzli və sifarişli xəbərlər yayımlayır. Uydurma iddiaların yer aldığı xəbərləri tirajlayanlar arasında sahibi “qarşı tərəf” anlayışını çoxdan unutmuş mini-oliqarx olan media qurumları da var".
SİTAT.İNFO xəbər verir ki, bu barədə AY Partiya xəbərdarlıq yayıb.
Xəbərdarlıqda qeyd edilir ki, sifarişlə hazırlanan və konkret mənbəyə istinad olunmayan materiallarda AY Partiya Başqanının şərəf və ləyaqətinə, ictimai-siyasi nüfuzuna ziyan vurulur: "Diqqətinizə çatdırırıq ki, indiyə qədər yayımlanan və bundan sonra yayımlanacaq qərəzli materiallarla bağlı hüquqi müstəvidə tədbirlər görüləcək".
SİTAT.İNFO