İnstaqramda kütləvi problem

19:16 31 Oktyabr 2022

Dünyanın hər yerindən olan instaqram istifadəçiləri sosial şəbəkədə problemlərlə üzləşdikləri barədə narazılıq ediblər. 

Sitat.info xəbər verir ki, bu barədə “Downdetector” xidməti də məlumat yayıb. 

Məlumata əsasən, ən çox şikayət ABŞ-dan olan hesab sahiblərindən gəlir. Böyük Britaniya, Almaniya, Kanada, Fransa, İtaliya, Hollandiya, İspaniya və Avstraliyadan olan istifadəçilər də problemlər barədə məlumat verirlər. 

İstifadəçilərin 60%-dən çoxu proqramdan istifadə edə bilmədiklərini, 34%-i isə avtorizasiya ilə bağlı problemləri, yəni hesablarına daxil ola bilmədiklərini bildiriblər. 

Şərhlərdəki bir çox istifadəçi həmçinin hesablarının bloklandığından və ya dondurulduğundan şikayətlənir. Bu məlumatın rəsmi təsdiqi yoxdur. Bəzi istifadəçilər bu cür mesajların xidmət xətası olduğunu və yaxın vaxtlarda sosial şəbəkənin işinin bərpa olunacağını düşünürlər. 

Xatırladaq ki, instaqram şəbəkəsində sonuncu ciddi problem bu ilin iyulunda qeydə alınıb. Həmin vaxt istifadəçilərin 77%-i xəbər lentini yükləyərkən çətinlik çəkirdilər. 

Qeyd edək ki, Azərbaycan istifadəçiləri də eyni problemlə qarşılaşıblar. Belə ki, aralarında məşhurların da olduğu bir çox şəbəkə istifadəçiləri hesablarının bloklandığını və ya dondurulduğunu bildiriblər.



Xəbər xətti