İran prezidenti Tehranda Ermənistanın baş naziri Paşinyanla görüşüb

21:55 1 Noyabr 2022

"Qafqaz regionunda sülh və əmin-amanlıq İran üçün çox vacibdir."

Sitat.info İranın  İRNA xəbər agentliyinə istinadən verdiyi məluma görə, Baş Nazir paytaxt Tehrandakı Səadabad sarayında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşdən sonra ikili birgə mətbuat konfransı keçirib. Paşinyanın İrana səfərinin iki ölkənin inkişafında dönüş nöqtəsi olacağını qeyd edən Rəisi hökumətinin diqqət mərkəzində saxladığı mühüm məsələlərdən birinin “qonşuluq siyasəti” olduğunu bildirib.

Proses zamanı Paşinyanla bir neçə dəfə görüşdüklərini xatırladan Rəisi, xüsusilə bu səfər zamanı görüşün diqqət mərkəzində iki ölkə arasında iqtisadi, ticarət və təhlükəsizlik əlaqələrinin inkişaf etdirilməsi olduğunu bildirib. İran və Ermənistan arasında ticarət həcminin son bir neçə ayda  43% artdığını bildirən Rəisi ticarət həcmini 3 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib.

Qafqaz regionunda sülh və təhlükəsizliyin İran üçün çox vacib olduğunu və bu baxımdan regionda baş verən proseslərə həssas yanaşdıqlarını bildirən Rəisi, "Cənab Paşinyanla regional problemlərin həllinin regional maraqlı tərəflər arasında olması barədə razılığa gəldik. Xarici müdaxilə regionun problemlərini artıracaq” dedi. 

Ermənistanın baş naziri Nikol Paşinyan isə Soçidə keçirilən Azərbaycan-Rusiya-Ermənistan arasındakı Üçtərəfli Sammiti barədə dövlət başçısına məlumat verdiyini bildirib. Ermənistanın İran rəsmilərinin üçtərəfli danışıqlarda qaldırılan bütün məsələlərdən xəbərdar olmasının tərəfdarı olduğunu qeyd edən Paşinyan, “İranın Qarabağ məsələsi və Ermənistanın Türkiyə və Azərbaycanla əlaqələri ilə bağlı kifayət qədər məlumatı olmalıdır” deyib.

Seymur, 

Sitat.info



Xəbər xətti