“Hazırda əlində silah tuta bilən hər kəs orduya yazılır. Mülki əhalimiz əlindən gələni edir”.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.
“İndi ən vacib məqam Rusiyaya qarşı sanksiyaların tətbiqidir. Ukraynanın yaxın gələcəkdə işğalı mümkün deyil. Türkiyə tərəfsiz qalmamalıdır. Çünki bu məsələ region üçün həyati əhəmiyyətlidir. Ona görə də hər kəsi Ukraynaya kömək etməyə çağırırıq”, - o bildirib.