Türkiyə Cənubi Qafqazda sabitlik və rifah istəyir.
Sitat.info xəbər verir ki, bu sözləri rusiyalı ekspert Stanislav Pritçin Soçi görüşünü şərh edərkən deyib.
“Soçi görüşü bir çox baxımdan effektiv idi. Azərbaycan və Ermənistan görüş əsnasında Rusiyanın səyləri davam etdirməsinə böyük maraq sərgilədi. Hazırda qərbli rəqiblərimiz mümkün olduğu qədər Cənubi Qafqazda üçtərəfli formatda əldə edilən bütün irəliləyişləri öz himayələrində və platformalarında tamamlamağa çalışır. Lakin Soçi görüşündə Rusiya Qarabağ problemində əsas vasitəçilik rolunu davam etdirdiyini bütün dünyaya göstərdi.
Ankara isə Qərbin israr etdiyi sülh razılaşmasının bir çox səbəbdən tam əhatəli həll yolu olmadığını anlayır. Türkiyə Rusiya ilə birgə monitorinq mərkəzində yer alır və rus qüvvələrinin regionda təhlükəsizlik və sabitliyə töhfəsinin fərqindədir. Bu birliyə duyulan ehtiyac göz qabağındadır”, - deyə ekspert bildirib.