Soçidə bu təklifim rədd edildi - Paşinyan

12:02 2 Noyabr 2022

Soçidə keçirilən sammitdə Ermənistan tərəfi Rusiyanın Qarabağdakı sülhməramlılarının mandatının uzadılması ilə bağlı qərarın qəbul edilməsi təklifi ilə çıxış edib, lakin bu, rədd edilib.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz mandatın qeyri-müəyyən müddətə - 5-20 il müddətinə uzadılmasını təklif etdik. Qəbul olunmasa da, mənim fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq”, - Paşinyan bildirib.//Axar.az



Xəbər xətti