Vətən müharibəsi şəhidi Manaf Bəhmənlinin anası dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, oğlunun şəhid olmasından sonra ağır xəstəliyə düçar olan Suray xanım ötən gün vəfat edib.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Manaf Bəhmənli 2020-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsini bitirərək hərbi xidmətə yollanıb və bir neçə ay sonra başlayan müharibəyə qatılıb. Müharibənin ilk günü Murov istiqamətindəki döyüşlərdə şəhid olub. Biləcəri qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb. Şəhidliyindən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Şəhidin atası da 2012-ci ildə vəfat edibmiş.
Ailədə şəhidin tək bacısı qalıb. /Modern.az/