Rusiya və İran sanksiyalara məruz qalan iki ölkə arasında əlaqələrin dərinləşməsinin növbəti addımı kimi neft məhsullarının ticarətinə başlayıblar.
Sitat.info Bloomberg agentliyinə istinadən xəbər verir ki, ölkələrin yaxınlaşmasına səbəb həm də Rusiyanın Ukraynaya qarşı müharibəsi olub.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya təcavüzündən bəri İran və Rusiya iqtisadi və hərbi tərəfdaşlıqlarını əhəmiyyətli dərəcədə dərinləşdirməyə çalışıblar.
Ölkələrin yaxınlaşması Qərbin sanksiyaları fonunda başlayıb. Eyni zamanda, İran Kremlin Ukraynaya qarşı istifadə etdiyi silahların tədarükünə görə əlavə məhdudiyyətlərlə üzləşib.
Nərgiz,
SİTAT.İNFO