Ermənilər vaxt udmağa çalışır: Paşinyan "Qarabağın statusu" məsələsini gələcək nəsillərə saxlamaqdan danışıb

13:05 2 Noyabr 2022

Ermənistan hakimiyyəti Rusiyanın Qarabağın statusunun müzakirəsini gələcəyə buraxmaq təklifi ilə razılaşır.

Sitat.info TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə danışıb.

"Rusiyalı həmkarlarımız bildiriblər ki, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin qeyri-müəyyən müddətə təxirə salınması düzgün olardı. Bunu belə əsaslandırılır ki, hazırda obyektiv variant , hər kəs üçün məqbul olacaq bir status tapmaq mümkün deyil.  Deməliyəm ki, bizim baxış bucağımız tam və 100 faiz bu mövqeyə uyğundur”.

Qeyd edək ki, ötən gün Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin keçirdiyi brifinqdə  Rusiya rəhbərliyinin fikrini açıqlayıb. Kreml hesab edir ki, Dağlıq Qarabağın statusu məsələsi ədalətli şərait yaradılandan sonra gələcək nəsillərin öhdəsinə buraxılmalıdır və hər kəs üçün məqbul həlli tapılmalıdır.  Moskvanın mövqeyi ondan ibarətdir ki, bütün məskunlaşma kompleksi Ermənistan və Azərbaycan arasında razılaşmaların məhsulu olmalıdır.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti