Mədəniyyət Nazirliyinin şöbə müdiri həbs olunub

18:41 2 Noyabr 2022

Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sitat.info xəbər verir ki, Səbail Rayon Məhkəməsində bununla bağlı istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.



Xəbər xətti