Güneyli soydaşlarımızın tələbi milli hökumətin qurulmasıdır - Əhməd Obalı

19:10 2 Noyabr 2022

"İran dağılmalıdır ki, dünya sülh üzü görsün. Harada ki, savaş, terror var, orada İranın barmağı var".

Bu sözləri Sitat.info-ya açıqlamasında Günaz TV-nin qurucusu, güneyli fəal Əhməd Obalı deyib.

Onun sözlərinə görə, Güneydə keçirilən aksiyalarda iki cür mesaj eşidildi: "Biri budur ki, millət həqiqətən İran hakimiyyətinin ölkəni idarə edə bilmədiyini görür. Xameneiye ölüm şüarları, müxtəlif şəhərlərdə etirazlar bunu bir daha sübut edir. Xalq birmənalı olaraq rejimin getmesini istəyirlər".

Ə.Obalı diqqətə çatdırdı ki, Güneyli soydaşlarımızın tələbi həm də milli hökumətin qurulmasıdır: "Azadlıq, ədalət  milli hökumət şüarları xalqın dilində əzbər olub. İranda diktaturadır, söz azadlığı yoxdur. Buna görə də millətimiz azadlıq istəyr. Ümumiyyətlə, İranda ayrı-seçkilik var, xüsusən də qadınlara qarşı. Xalq rejimdən ədalətsizlik görür. İranda hakim qüvvə  fars hakimiyyətidir. Güney Azərbaycanın müxtəlif şəhərlərində,o cümlədən də Tehranda da bu  şüarlar səslədirilir". 

Ə.Obalı qeyd etdi ki, sabah da aksiyalar gözlənilir: "Sabah Hədis Nəcəfinin qırx mərasimidir. İranda bir neçə yerdə etiraz aksiyaları baş tutacaq. İstər güneylilər, istər iranlılar Hədis Nəcəfinin amansız qətlinə susmurlar, etirazlar edirlər. Bu etirazlar getdikcə artır".

Məğrur,

SİTAT.İNFO

 



Xəbər xətti