"Iran bizim dini mənsubiyyətimizdən, hisslərimizdən istifadə edə bilib. Azərbaycanda təfriqə salmaq üçün, hər yola əl atıb, qarışıqlıq salmaq istəyib. Növbə bizimdir, Azərbaycanın hüquq-mühafizə orqanları, Azərbaycan dövləti səfərbər olmalıdır, içimizdən bu adamlar təmizlənməlidir. Dövlətinə xəyanət edən, satan insanlara ən ağır cəzalar verilməlidir".
Bu sözləri Sitat.info-ya açıqlamasında "Ümid" partiyasının sədri İqbal Ağazadə deyib.
Partiya sədri bildirib ki, İrandan çəkinmək lazım deyil:
"İranla münasibətlərin belə gərginləşməsindən çəkinmək lazım deyil. İran sözdə Azərbaycanı təhdid etsə də, heç nə edə bilməz. Çünki orada 40 milyon Azərbaycan xalqı var, istənilən vaxt İranın güc strukturlarını iflic vəziyyətə gətirərlər".
Məğrur,
Sitat.info