“Bu, Rusiyaya baha başa gələcək”.
SİTAT.İNFO Reporta istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yents Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.
“NATO üzvləri Rusiyaya ağır sanksiyalar tətbiq edirlər. Biz tərəfdaşlarımızla birlikdə çalışırıq. Məqsədimiz daha hazırlıqlı ordu hazırlaya bilməkdir. Ukrayna xalqının cəsarəti təqdir ediləsidir. Mesajımız konkretdir: heç vaxt beynəlxalq hüququn pozulmasını qəbul etməyəcəyik”, - deyə o bildirib.