“Palmali” şirkətinə məxsus gəmilərdən biri şəhid Səbuhi Əhmədovun adını daşıyacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı şirkətin rəhbəri Mübariz Mənsimov şəhidin qardaşı Sənan Əhmədova zəng edib.
O qeyd edib ki, şirkətin daxilində komissiya bu qərarı verib və bununla bağlı şəhid qardaşından halallıq istəyib. Həmçinin Sənan Əhmədova gəmiyə ad verilməsi mərasimində iştirak etmək üçün Türkiyəyə gəlməsi təklif olunub.