Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən “Sitat.info”nun sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.