Azərbaycanda "VAZ 2107" markalı avtomobil 255 km/saata "radara düşüb". Bu barədə sosial şəbəkələrdə foto paylaşılıb. Belə ki, 12-BC-708 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı avtomobilin Bəhramtəpə yolunun 128.5-ci kilometrliyində radara düşməsi ilə bağlı bildiriş vətəndaş Əsədli Nəcəf Nadir oğluna gəlib. O, İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsi ilə 250 manat məbləğində cərimə edilib.
Nəzərə alsaq ki, "VAZ 2107"nin maksimum sürəti saatda 180 km təşkil edir, cərimənin səhv olduğu aydın olur. Fotonu təqdim edirik:
/Avtosfer.az