May ayında Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikath Kondaveeti ilə bağlı mükafatın məbləği açıqlanıb.
Sitat.info xəbər verir ki, bu barədə Hindistan səfirliyi məlumat yayıb.
Qeyd olunur ki, sonuncu dəfə itkin düşən şəxslə mayın 12-də qardaşı Caran Kondaveeti əlaqə saxlayıb.
“Sonra o, təkbaşına meşəyə getdi və bir də ondan xəbər ala bilmədik. Polisin və könüllülərin dəstəyi ilə xeyli cəhd etsək də, onun haqqında heç bir məlumat əldə edə bilmədik. Qardaşımı tapan şəxsə 40 min manat pul mükafatı təklif edirik”, - Caran Kondaveeti bildirib.
Qeyd edək ki, daha əvvəl həmin turistin tapılması üçün vəd edilən məbləğ 10 min ABŞ dolları idi.