İranla Səudiyyə Ərəbistanı arasında hərbi qarşıdurma ehtimalı: 48 saat ərzində...

15:42 3 Noyabr 2022

Dünyanın diqqəti Rusiya və Ukrayna arasındakı müharibəyə yönəldiyi halda, son vaxtlar Yaxın Şərqdə iki böyük dövlət arasında gərginlik artmaqdadır.

Uzun illərdir hakimiyyət uğrunda mübarizə aparan İran və Səudiyyə Ərəbistanı arasında hərbi qarşıdurma ehtimalı narahatlıq doğurur. Belə ki, Səudiyyə Ərəbistanı ABŞ-la hər an İranın hücumuna məruz qala biləcəyinə dair kəşfiyyat məlumatı paylaşıb.

Sitat.info xəbər verir ki, Wall Street Journal-a danışan ABŞ və Səudiyyə mənbələrinin bildirdiyinə görə,   İranda ölkədə davam edən rejim əleyhinə etirazlardan diqqəti yayındırmaq üçün həm Səudiyyə Ərəbistanına, həm də İraqın Ərbil şəhərinə hücum etməyə hazırlaşır. 
Xəbərdə İranın xüsusilə bölgədəki enerji obyektlərini hədəfə ala biləcəyi irəli sürülüb.

Qəzetin xəbərinə görə, kəşfiyyat məlumatlarının paylaşılmasından sonra Səudiyyə Ərəbistanı, ABŞ və Yaxın Şərqdəki bəzi ölkələr ordularına hazır olmaq əmri verib. Kəşfiyyat məlumatlarını təsdiqləyən rəsmilərdən biri prosesləri “tezliklə və ya 48 saat ərzində” hücum təhlükəsi kimi qiymətləndirib. 

Nərgiz ,

SİTAT.İNFO



Xəbər xətti