TƏCİLİ! Rus ordusu Kiyevə girdi – YENİLƏNİB

17:00 24 Fevral 2022

Rusiya hərbi texnikası Kiyev istiqamətində hücuma keçib.

SİTAT.İNFO axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.


“Kiyev vilayətində rus qoşunları dövlət sərhədini pozaraq hücuma keçdilər”, - Demçenko bildirib.

Onun sözlərinə görə, rus hərbi texnika karvanı “Vilça” buraxılış məntəqəsindən keçib.

***

16:11

Rusiya silahlı qüvvələrinin hərbi birləşmələri Kiyevə daxil olub.

SİTAT.İNFO axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə “Frans Press” agentliyi çıxış edib.

Qeyd edək ki, nə Rusiya informasiya agentlikləri, nə də Ukrayna tərəfdən bu barədə hər hansı məlumat yoxdur.



Xəbər xətti