Rusiya ordusunda intihar və fəralilik halları çoxalıb

22:41 3 Noyabr 2022

"Rusiya Federasiyasında səfərbərliyin başa çatmasına baxmayaraq, orduya könüllülər cəlb olunur.

Ruslar hər vasitə ilə cəbhəyə getməməyə çalışırlar. Hərbi hissələrdən qaçma, intihar halları çoxalıb".

Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.

Qərargah bildirib ki, Kazanda keçirilən koordinasiya mərhələsində 15 əsgər və çavuşun qaçdığını bəlli olub:

"Orduya çağrılan şəxsi heyətin mənəvi-psixoloji durumu aşağı səviyyədədir. Buna görə də orduda nizam-intizam pozulub. Təkcə 57-ci motoatıcı diviziyasının bölmələrində 15-dən çox əsgər və çavuş qaçıb. Onlar döyüşməkdən imtina edib, iki nəfər isə intihar edib.
 Səfərbərliyin rəsmi başa çatmasına baxmayaraq, Rusiya hərbi komissarlıqları könüllülər adlandırılan birləşmələri formalaşdırmağa davam edir. Onlar əlil statusu istisna olmaqla, yaş məhdudiyyəti olmadan və keçmişdə cinayət törədən şəxsləri orduya cəlb edirlər".

Məğrur,

Sitat.info



Xəbər xətti