Kliçko: "Kiyevin girişinə müdafiə qurğuları yerləşdirilir"

17:15 24 Fevral 2022

Ukraynanın paytaxtı Kiyev şəhərinin girişlərindəki nəzarət-buraxılış məntəqələrinə müdafiə qurğuları yerləşdirilir.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko öz "Telegram" hesabında yazıb.

"Biz Kiyevin girişlərində, nəzarət-buraxılış məntəqələrində mühafizə qurğuları təchiz edirik. Ona görə də giriş-çıxış çətin ola bilər. Xahiş edirəm, bunu anlayışla qarşılayasınız",-deyə Kliçko bildirib.



Xəbər xətti