“Rusiya Prezidenti Vladimir Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükü barədə razılıq əldə etmişik”.
“Qafqazinfo”nun “Hürriyət”ə istinadən məlumatına görə, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
“Cənab Putin mənə bildirdi ki, gəlin bu taxılı ehtiyacı olan ölkələrə təmənnasız göndərək, razılaşdıq. 13-14 noyabr tarixlərində Balidə baş tutacaq G20 sammiti çərçivəsində görüşəcəyik və bu məsələni də müzakirə edəcəyik”, - Ərdoğan əlavə edib.