DİN dilənçiliklə məşğul olan uşaqlarla bağlı reyd keçirib.
Sitat.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bu barədə məlumat verib: "Xidmətə cəlb olunan naryad qrupları tərəfindən bu neqativ fəaliyyətlə məşğul olan şəxslərin dairəsi müəyyən olunduqca onların barəsində inzibati qaydada tədbirlər görüləcək. Son bir neçə gündə biri qadın olmaqla 4 yaxın qohumun az yaşlı uşağını diləndirməsi faktı, eləcə də bir şəxs tərəfindən uşağların əməyini istismar edən şəxs barəsində qanunamüvafiq tədbirlər görülməklə həmin şəxslər barəsində məhkəmə qərarı ilə inzibati qaydada həbs tədbiri tətbiq edilib".
Dövlət Komitəsinin uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova dedi ki, uşaqların müdafiəsi, onların hüquqlarının qorunması Komitə tərəfindən hər zaman diqqət mərkəzindədir: "Bu istiqamətdə davamlı olaraq işlər görülür. Ölkəmizdə küçə həyatına məruz qalmış, baxımsız uşaqların aşkar edilməsi müvafiq adiyyatı qurumlar tərəfindən həyata keçirilir. Dərhal uşaqların valideynləri inzibati məsuliyyətə cəlb edilir. Bildiyiniz kimi, ailələrlə psixoloji, maarifləndirici söhbətlər aparılır və müvafiq qeyri-hökumət təşkilatlarının eyni zamanda dövlətin sığınacağlarına ailədən kənarlaşdırılaraq yerləşdirilir. Dövlət komitəsi mütəmadi olaraq belə məsələlərin qarşısı alınması ilə bağlı tədbirlər həyata keçirir".