Tural Abbaslı YAP-a təklif verdi: 25 nəfər Tahir Budaqov gətirsin, 25 nəfər də mən...

17:25 4 Noyabr 2022

Ağ Partiya rəhbəri Tural Abbaslı hökumətə maraqlı təklif verib.

Sitat.info xəbər verir ki, müxalifət lideri YAP-la birgə İran səfirliyi qarşısında aksiya keçirməyi təklif edib. 

"Mən təklif edirəm ki, YAP ilə Ağ Partiya birlikdə iqtidar-müxalifət olaraq İran səfirliyinin qarşısında böyük aksiya keçirək. 50 faiz YAP, 50 faiz də  Ağ Partiya adam gətirsin. Limit 50 nəfərdir. Mən bilirəm ki, onlar da, biz də 50 nəfər adam gətirə bilərik. Sadəcə olaraq bu, birgəlik nümayişidir. YAP-ın rəhbəri prezidentdir və onun müavini vitse-prezidentdir. Hal-hazırda partiya ilə deyil, dövlət işi ilə məşğuldur, bunu başa düşmək olar. Aparat rəhbəri Tahir Budaqovla gedək, 25 nəfər o gətirsin, 25 nəfər də mən.   İran səfirliyinin önündə şüarlar səsləndirək və etiraz edək. Sonra da cəriməmizi ödəyib qayıdaq".

Səid İsaoğlu,

SİTAT.İNFO

 

 



Xəbər xətti