Azərbaycan Prezidenti İlham Əliyev vitse-prezident Fuat Oktayı qəbul edib.
Sitat.info xəbər verir ki, İlham Əliyev qardaş ölkədə avtomobil istehsalını yüksək qiymətləndirib. Prezident Fuat Oqtaya bildirib ki, Türkiyənin ilk yerli avtomobili olan “Togg” Türkiyə üçün böyük uğurdur.
Qeyd edək ki, İlham Əliyev avtomobillərdən ikisini sifariş edib.
Zaqulba sarayında keçirilən görüşdə müzakirə olunan mövzulardan biri də Türkiyənin ilk yerli avtomobili olan Togg olub.
Əliyev Toqqla bağlı “İkinci və üçüncü maşını sifariş etmişik” deyib.
Oktay, "Onu sevinclə qarşladıq və bu, Türkiyədə çox ciddi gündəmə çevrilib" -deyə cavab verib.
İ.Əliyev sözlərinə belə davam edib: "Bütün göstərişlər verilib. Tezliklə iki maşın alacağıq. Bu, böyük uğurdur. Dünyada belə maşın istehsal edən dövlətlər o qədər də çox deyil". dedi.
Nərgiz,
SİTAT.İNFO