"Əgər biz gerçəkdən də Qafqazda əminamanlıq, sülh istəyiriksə, Rusiyasız Qafqaz qurmalıyıq. Rusiyanı bölgədən çıxarmalıyıq. Rusiya Qafqazda olan müddətdə əmin-amanlıq mümkün deyil. Rusiya Azərbaycan və Ermənistan arasında sülh missiyasının olmasına çalışmır, əksinə mane olur. Bütün mənalarda sülhməramlı ola bilməz".
Sitat.info xəbər verir ki, biz sözləri sitat.info-ya açıqlamasında AY partiya başqanı Anar Əsədli deyib.
Partiya sədri Rusiya ilə müqayisədə Avropanın demokratik dəyərlərə daha sadiq olduğunu bildirdi:
"Rusiya kənarlaşmalıdır dedyimiz halda, Qərb və Avropanın sülh masasına oturmamızı istəyir deməmiz də normal səslənməz. Çünki, 30 ildə biz Qərbi də gördük. Avropanın, Amerikanın da münasibətini gördük. Fikirimcə, Qərb üçün sülh elə Qərb üçündür.
Amma yenə də işartılar, qığılcımlar müəyyən qədər Avropadan gəlir. Çünki Avropada Rusiyadan fərqli olaraq, bir seçki mədəniyyəti var, demokratik abu-hava var".
Məğrur,
Sitat.info