İmran Xandan şok açıqlama: "Sui-qəsd olacağını bilirdim"

23:39 4 Noyabr 2022

Sui-qəsdə məruz qalan Pakistanın keçmiş baş naziri İmran Xan bu gün media qarşısına çıxıb.

Sitat.info xəbər verir ki, o sui-qəsd planını öncədən bildinyini deyib: "Vəzirabad və Qucrat yaxınlığında öldürmək planının olduğunu öyrəndim. Keçmiş Pəncab valisi Salman Tasirə qarşı istifadə etməyə çalışdıqları üsulları istifadə etdilər.

Qeyd edək ki, Pakistanın keçmiş baş naziri İmran Xan növbədənkənar seçkilər üçün tərəfdarları ilə birlikdə oktyabrın 28-də paytaxt İslabamada yola düşüb. Pəncab əyalətinin Vəzirabad şəhəri yaxınlığında naməlum şəxs onun konvoya atəş açıb və Xan ayağından yaralanıb.

Məğrur, Sitat.info



Xəbər xətti