G7 ölkələri Lukaşenkonu hədələdi: Rusiyaya dəstəyi dayandır!

22:12 4 Noyabr 2022

G7 ölkələrinin xarici işlər nazirləri Aleksandr Lukaşenkonu hədələyib.

Sitat.info xəbər verir ki, nazirlər Lukaşenkonu ölkəsini Rusiya təcavüzünə şərik etməməyə çağırıblar.

"Biz Belarus hakimiyyətini Rusiyanın aqressiv müharibəsinə dəstəyi dayandırmağa çağırırıq. O cümlədən tələb edirik ki, Belarus Rusiya hərbi qüvvələrinə Ukraynaya raket atmaq üçün öz ərazisindən istifadəyə icazə verməsin. Əgər Lukaşenko Belarusu Rusiyanın müharibəsinə birbaşa cəlb edərsə, G7 əlavə tədbirlər tətbiq edəcək.

Bəyanatda deyilir ki, G7 ölkələri Rusiya və müttəfiqlərinə qarşı sanksiya təzyiqi edəcək.

"Biz Rusiyanın raketlərdən, İranın pilotsuz təyyarələri və təlimçilərindən istifadə etməklə dinc əhaliyə, mülki infrastruktura, o cümlədən Ukraynanın  ərazisindəki enerji və su obyektlərinə hücumları da daxil olmaqla, son eskalasiyasını pisləyirik. Bu hücumlar vasitəsilə Rusiya mülki əhalini terror etməyə çalışır", - bəyanatda deyilir.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti