Azərbaycanda bu şəxslər də güzəştli şərtlərlə mənzil ala biləcəklər - VİDEO

09:52 5 Noyabr 2022

"Bir aya yaxındır ki, fəaliyyətə başlayan Media Reyesterinə maraq həddindən artıq böyükdür. Qeydiyyatdan keçmək üçün hər gün yeni müraciətlər daxil olur".

 

Sitat.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhəbəri Cahangir Həsənli "Xəzər Xəbər"ə açıqlamasında deyib. Onun sözlərinə görə, hər bir müraciət 5 iş günü ərzində cavablandırılır.

Cahangir Həsənli bildirib ki, regionlarda fəaliyyət göstərən media nümayəndələrinin də reyestrdən qeydiyyatdan keçməklə bağlı kifayət qədər müraciətləri var.

Xidmət rəhbəri onu da vurğuluyub ki, bəzi jurnalistlər qaydalara əməl etmədiyinə görə onlara imtina cavabı verilir. Reyestrə müraciət edən şəxslərin rəsmi qayadada 3 illik stajı olmalıdır. Cahangir Həsənli qeyd edib ki, jurnalistin müraciəti onun fəaliyyət göstərdiyi media subyekti reyesterdən qeydiyyatdan keçəndən sonra nəzərə alınacaq.

Onun sözlərinə görə, Media Reyesterinin yaradılmasında əsas məqsədlərdən biri mətbuatda sistemsizliyin aradan qaldırılmasıdır.

Cahangir Həsənli onu da bildirib ki, Media Reyestrinə qeydiyyat davamlı şəkildə aparılacaq. Gələcəkdə bu porsesin dondurulması nəzərdə tutulmur. Xidmət rəhbəri əlavə edib ki, sosial medianın fəaliyyəti "Media haqqında" qanunun əhatə dairəsinə aid deyil. Ona görə də sosial media üzərində aparılan jurnalistika fəaliyyəti peşəkar hesab olunmur.

Xidmət rəhbəri Media Reyestrindən qeydiyyatdan keçib, güzəştli şərtlərlə ipoteka krediti əldə etmək istəyən jurnalistlərə çağırış da edib.



Xəbər xətti