İran ilk dəfə olaraq Rusiyaya pilotsuz təyyarələr göndərdiyini etiraf edib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian noyabrın 5-də deyib ki, dronlar Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl baş verib:
“Biz Ukraynadakı müharibədən bir neçə ay əvvəl Rusiyaya məhdud sayda pilotsuz təyyarələr vermişik".
Qeyd edək ki, əvvəl İran rəsmiləri sonradan Ukraynaya qarşı müharibədə istifadə etdiyi silahları Rusiyaya ötürdüklərini təkzib etmişdilər.
Məğrur,
Sitat.info