"Azəriqaz”ın dəmir boruları oğurlandı

12:30 7 Noyabr 2022

"Azəriqaz” İstehsalat Birliyinə (İB) məxsus 2 000 manat dəyərində dəmir boruları oğurlanıb.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Ə.Qayıbov küçəsindən “Azəriqaz” İB-yə məxsus 2 000 manat dəyərində dəmir boruların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Zaur İmamquliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.



Xəbər xətti