Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, iradəsi və qətiyyətli qərarları ilə xalqımız Vətən Müharibəsində cəmi 44 günə düşmən üzərində şanlı qələbə qazandı. Tariximizə qızıl hərflərlə yazılan şanlı qələbəmizə aid tədbirlər respublikamızın hər yerində təntənəli şəkildə keçirilməkdədir.
8 Noyabr - Zəfər Günü Abşeron rayonunda da silsilə tədbirlərlə qeyd edilib.
Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədi ilə Xırdalan şəhərində yeni inşa olunmuş “ZƏFƏR” Xatirə Kompleksinin açılış mərasimi keçirilib. Xatirə Kompleksində şanlı qələbəmizin simvollarından olan xarıbülbül və şəhidlərimizin adları qeyd olunmuş abidələr ucaldılıb. Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, V Ordu Korpus Komandiri, general-mayor Kənan Seyidov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.