Rəsmi Bakıdan Vaşinqton görüşü barədə açıqlama - Fotolar

09:00 8 Noyabr 2022

Azərbaycan XİN Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilmiş görüşə dair məlumat yayıb.

XİN-dən “Sitat.info”ya verilən məlumata görə, 7 noyabr tarixində Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu Blair House-da nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.

Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.

Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.

Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.

 







Xəbər xətti