İki il əvvəl 44 günlük İkinci Qarabağ savaşı Azərbaycanın parlaq qələbəsi və Ermənistanın kapitulyasiyası ilə yekinlaşdı.
Axar.az xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
O, Azərbaycanın qələbəsini aşağıdakı əsasların şərtləndirdiyini bildirib:
- Azərbaycanın rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev idi: qarşısına strateji məqsəd qoyan və analitik düşüncə tərzinə malik güclü, effektiv lider; yüksək və hərtərəfli təhsilli; parlaq diplomat və hərbi əməliyyatlar zamanı məlum olduğu kimi, hərbi strateq və komandan.
- Azərbaycanın siyasi sistemi, dövlət idarəçiliyi modeli həm sülh, həm də müharibə dövründə hakimiyyətin və xalqın səylərini qələbəyə yönəltmək vəzifələrinə yüksək səviyyədə cavab verirdi.
- Neft və qaz gəlirlərini rasional idarə etməyə və həm ölkənin inkişafı, həm də Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün lazımi maliyyə vəsaitlərinin ayrılmasına imkan verən səmərəli iqtisadiyyat.
- Ən yaxşı silahlarla, yüksək motivasiyalı hərbi personal və peşəkar zabit korpusu ilə təchiz edilmiş müasir, yüksək texnologiyalı, döyüşə hazır Ordu; avadanlıq, rabitə və döyüş idarəetmə sistemi, ən yüksək qiymətə layiq operativ planlaşdırma.
- Müharibənin ədalətli, azadetmə təbiəti. Xalqın və Ordunun yüksək əhval-ruhiyyəsi. Azərbaycan əsgər və zabitlərinin kütləvi qəhrəmanlığı.