“Türkiyə Azərbaycanla tam həmrəylik şəraitində fəaliyyətə davam edəcək”

10:56 8 Noyabr 2022

Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

“Sitat.info” xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat yerləşdirilib.

“İşğal altındakı torpaqlarını qəhrəman bir mücadilənin nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi qələbəsi həm də bütün regionda davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasında mühüm rol oynayıb.

Türkiyə işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası da daxil olmaqla bütün Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycanla tam həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək”, - açıqlamada qeyd olunub.

 



Xəbər xətti