Odessada hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22-yə çatıb

19:46 24 Fevral 2022


Odessa vilayətində hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər dağıntıların təhlilini başa çatdırıblar - hərbi hissəyə hərbi zərbə endirilməsi nəticəsində 22 nəfər həlak olub (11 kişi və 11 qadın).

Altı nəfər dağıntılar altından çıxarılaraq Podolski şəhər xəstəxanasına yerləşdirilib. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

 



Xəbər xətti